Qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət açıqlandı

Qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət açıqlandı

06 İyul 2026

Azərbaycanda hazırda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət sabitdir və narahatlıq doğuran hər hansı kütləvi yayılma müşahidə olunmur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cari ilin ilk altı ayı ərzində ölkədə həm qızılca, həm də suçiçəyi üzrə tək-tük yoluxma halları qeydə alınıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət davamlı nəzarətdə saxlanılır, daxil olan məlumatlar mütəmadi təhlil edilir və risk qiymətləndirilməsi aparılır. Müşahidələrin nəticələrinə əsasən, hazırkı mərhələdə əlavə epidemioloji risk qeydə alınmayıb.