Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərilib -

Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərilib - YENİLƏNİB

06 İyul 2026

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya mənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.