Hansı maddi sübutlar mülkiyyətçiyə qaytarılmalıdır? -

Hansı maddi sübutlar mülkiyyətçiyə qaytarılmalıdır? - HÜQUQ MƏSLƏHƏTİ

03 İyul 2026

Sual: Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan hansı maddi sübutları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarmalıdır?

Cavab: Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan tez xarab olan əşyaları, məişətdə gündəlik tələbat əşyalarını, gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları, həmçinin verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarmalıdır.

Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Ülvi Hüseynov