Ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının ekstsessi) nədir?
Cavab: İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. Ekstsess-latın sözü olub yayının, kənara çıxan mənasını ifadə edir. Ekstsess icraçının digər iştirakçılarla olan razılığından kənar başqa cinayəti törətməsidir. Ekstsessə görə cinayətin icraçısı məsuliyyət daşıyır
Sualı cavablandırdı: Kəngərli rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas - Səbuhi Abdullayev








