Prezident Gürcüstana elektrik enerjisi təchizatına dair sazişi təsdiqləyib -

Prezident Gürcüstana elektrik enerjisi təchizatına dair sazişi təsdiqləyib - FƏRMAN

09 İyul 2026

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş"i təsdiqləyib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Saziş, 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanıb.

Fərmanda qeyd olunur ki, saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan hökumətinə bildiriş göndərməlidir.