Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

09 İyul 2026

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, komitə sədri Mübariz Bayramov gündəlikdə duran məsələnin ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsi olduğunu bildirib.

İclasda Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin  Əlimərdanov və Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəis müavini Əhməd Qənbərov qanun layihəsi ilə bağlı məlumat veriblər.

Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra komitənin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

Qeyd edək ki, iclasda Ali Məclisin komitə sədrləri və müavinləri, Ali Məclisin və Nazirlər Kabineti aparatlarının nümayəndələri də iştirak ediblər.