Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

09 İyul 2026

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının 2026-cı il 10 iyul tarixində keçiriləcək növbəti iclasının gündəliyi müəyyənləşdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, gündəliyə aşağıdakı məsələlər daxil edilib:

“Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş);

“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş);

“Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş).

İclasda gündəlikdə yer alan qanun layihələrinin müzakirəsi aparılacaq və müvafiq qərarların qəbul edilməsi nəzərdə tutulur.