Culfanın Şurud kəndində yollarda təmir-bərpa işləri həyata keçirilib - FOTO
Culfa rayonun Şurud kəndində əkin və təsərrüfat sahələrinə rahat və təhlükəsiz gediş-gəlişin təmin olunması məqsədilə bir sıra yollarda təmir-bərpa işləri aparılıb.
İşlər "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin texnika və xüsusi avadanlıqları cəlb edilməklə həyata keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görülən işlər nəticəsində kənd sakinlərinin əkin və təsərrüfat sahələrinə çıxışı daha da asanlaşacaq, ağır tonnajlı nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunacaq. Bu isə kənd təsərrüfatı fəaliyyətinin daha səmərəli təşkili, məhsulların daşınmasının asanlaşması və kəndin iqtisadi inkişafına əlavə töhfə verəcək.
İnfrastrukturun yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu kimi tədbirlər kənd əhalisinin rifahının yüksəldilməsinə və bölgələrin dayanıqlı inkişafına xidmət edir.










