Culfada ətraf mühitin mühafizəsinə həsr olunan tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Culfa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayon İcra Hakimiyyətində “Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə ətraf mühitin mühafizəsi,o cümlədən sudan səmərəli və qanuni istifadə” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə Culfa rayon İcra Hakimiyyəti aparatının Hüquq və Kadr məsələləri sektorunun müdiri Elmar Həsənov açaraq mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Cabbar Nəcəfov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin əməkdaşı Səmra Mehrəliyeva və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya sistemlərinin istismarı idarəsinin əməkdaşı Fərman Fərzəliyev mövzu ilə bağlı çıxış edərək -Sağlam ətraf mühitdə yaşamaq hər kəsin əsas konstitusiya hüququ olduğunu, bu hüququn təmin edilməsi ekoloji tarazlığın qorunmasını, ətraf mühitin çirklənmədən mühafizəsini və su ehtiyatlarından qanunvericiliyə uyğun, israfçılığa yol vermədən səmərəli istifadə olunmasının, ətraf mühitin sağlamlaşdırılması və su ehtiyatlarının qorunması məqsədilə suyun məişətdə və təsərrüfatda israf edilməməsi, müasir suvarma sistemlərindən istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.












