Fövqəladə vəziyyət zamanı məhkəmə səlahiyyətini kim icra edir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda bu səlahiyyət hansı məhkəməyə aiddir?
Cavab: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.6-cı maddəsinə görə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








