Xocavəndin iki kəndinə ilk köç karvanı çatıb, mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanı Xocavəndin iki kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açarların təqdimetmə mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.








