Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunub

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunub

08 İyul 2026

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişikliyi imzalayıb.

Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.