DSMF 6 ayda 229 mindən çox vətəndaş müraciətini cavablandırıb
Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 229 425 vətəndaş müraciəti qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, müraciətlərdən 91 034-ü pensiya, 58 147-si müavinət, 9 074-ü Prezident təqaüdü, 37 723-ü ünvanlı dövlət sosial yardımı, 7 965-i fərdi uçot və sosial sığorta, 669-u dövlət icbari şəxsi sığorta və 24 813-ü isə digər istiqamətlərlə bağlı olub.








