Ceyhun Bayramov İordaniyalı həmkarı ilə birgə mətbuat konfransı keçirib

Ceyhun Bayramov İordaniyalı həmkarı ilə birgə mətbuat konfransı keçirib

08 İyul 2026

Azərbaycan iqtisadi nümayəndə heyəti yaxın zamanlarda İordaniyaya səfər edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı iqtisadi əməkdaşlıq, gələcək perspektiv barəsində geniş müzakirələr aparıblar:

"Hazırkı iqtisadi əməkdaşlığa baxdıqda böyük potensialın mövcud olduğunu demək olar, bu mənada, indiki vəziyyət bizi qane etmir. Hesab edirik ki, hər iki ölkədə mümkün investisiya layihələrinə nəzər salmalıyıq, bunun üçün imkanlarımız var".

Nazir əlavə edib ki, iki ölkə arasında dostluq bağlarının dərinləşməsi üçün humanitar sahədə əməkdaşlığın dərinləşməsi ilə bağlı razılıq əldə etdik:

"Ölkələrimiz müxtəlif regionlarda humanitar yardımlar həyata keçirir. Bu da bizim birlikdə atdığımız addımların vacib istiqamətlərindən biridir".

C.Bayramov deyib ki, görüş zamanı turizim perspektivi də qiymətləndirilib.

"Mayın sonundan müntəzəm reyslər açılıb, reyslərin sayının artırılmasına ehtiyac var, biz bunu müzakirə etdik", - o qeyd edib.