Naxçıvanda tinglik sahələri dərmanlanır - FOTO
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tinglərin sağlam inkişafı istiqamətində tədbirlər davam etdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazirliyin Qoşadizə tinglik sahəsində zərərvericilərə qarşı dərmanlama işləri həyata keçirilib.
Bununla yanaşı, tinglik sahələri alaq otlarından təmizlənib, tinglərin normal böyüməsi üçün əlverişli şərait yaradılıb.
İşlərin vaxtında və düzgün aparılması gələcəkdə tinglərin sağlam böyüməsinə, yaşıllıqların davamlılığının təmin edilməsinə şərait yaradacaq.











