"Müdafiədən hücuma: Böyükağa Hacıyev”filminin nümayişi olub -

"Müdafiədən hücuma: Böyükağa Hacıyev”filminin nümayişi olub - FOTO

08 İyul 2026

Uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən sosial layihə çərçivəsində Futbol Veteranları Komissiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC və Naxçıvan Futbol Federasiyasının dəstəyi ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində görkəmli futbol mütəxəssisi Böyükağa Hacıyevin həyat və fəaliyyətinə həsr olunmuş "Müdafiədən hücuma: Böykağa Hacıyev" sənədli filminin nümayişi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Uşaq və gənclərin inkişafı sektorunun müdiri Hüseyn Qəhrəmanov belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıb. 

Naxçıvan Televiziyasının baş redaktoru, filmin müəllifi Gülməmməd Əliyev televiziya filmlərinin milli dəyərlərin və aparıcı sahələrdə xidmətləri ilə seçilən şəxslərin tanıdılmasında mühüm rolundan danışıb. 

Naxçıvan Futbol Federasiyasının baş katibi Raqif Abbasov gənc nəslə futbol tariximizin tanıdılması istiqamətində bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. 

Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti, Naxçıvan Futbol Veteranları Komissiyasının sədri Arif Xudiyev isə Böyükağa Hacıyevin Azərbaycan futboluna verdiyi töhfələrdən bəhs edib. 

Tədbir çərçivəsində Zoom platforması vasitəsilə Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev, eləcə də "Araz-Naxçıvan" klubunun sabiq futbolçuları Yura Yarimizen, Bəhrəm Şahquliyev, Nadir Vəliyev və Firuz Qulamov öz xatirələrini bölüşüblər. Daha sonra iştirakçılar "Müdafiədən hücuma: Böyükağa Hacıyev" televiziya filmini izləyiblər. 

Sonda iştirakçılarla xatirə fotosu çəkdirilib