Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib -

Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib - SƏRƏNCAM

08 İyul 2026

Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan və Çex hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilib.

Sərəncamla Anar Axundov – Azərbaycan iqtisadiyyat nazirinin müavini iqtisadiyyat naziri ilə əvəz edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinə isə bu dəyişikliklər barədə Çex Respublikasına müvafiq bildiriş göndərməsi tapşırılıb.