Hansı hallar cinayət etməyə cəhd hesab olunur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət qanunvericiliyinə əsasən, hansı hallar cinayət etməyə cəhd hesab olunur?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik) şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, bu, cinayət etməyə cəhd hesab olunur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








