Cinayət qanunvericiliyində hansı hallar cinayət etməyə cəhd hesab olunur? -

Cinayət qanunvericiliyində hansı hallar cinayət etməyə cəhd hesab olunur? - HÜQUQ MƏSLƏHƏTİ

09 İyul 2026

Sual: Cinayət qanunvericiliyində hansı hallar cinayət etməyə cəhd hesab olunur?

Cavab: Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov