Azərbaycanda 1 milyon 48 min baş heyvan identikləşdirilib
Azərbaycanda indiyədək 1 milyon 48 min baş heyvan identikləşdirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, identifikasiya heyvanların mənşəyinin və hərəkətinin izlənilməsinə, peyvəndləmə, müalicə və digər baytarlıq tədbirlərinin dəqiq uçotunun aparılmasına xidmət edir.








