Milli Məclisinin aktları hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Azərbaycan Respublikası Milli Məclisinin aktları hansılardır?
Cavab:
I. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir.
II. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar bu Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.
III. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.
IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.
Sualı cavablandırdı: Culfa rayon Prokurorluğunun müstəntiqi - Məhəmməd Əliyev








