İlham Əliyev: Azərbaycan üçün yeganə risk - ölkəni "hər hansı avantüralara" cəlb etmək cəhdləridir

İlham Əliyev: Azərbaycan üçün yeganə risk - ölkəni "hər hansı avantüralara" cəlb etmək cəhdləridir

13 İyul 2026

Bu gün Azərbaycan üçün yeganə risk xarici qüvvələrin ölkəni hər hansı avantüralara cəlb etmək üzrə müəyyən cəhdləridir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan "ayaqları üzərində möhkəm dayanır".

Onun sözlərinə görə, Azərbaycan üçün daxili risklər yoxdur. "Bütün risklər sərhədlərimizdən kənarda formalaşır. Siyasi xarakterli risklərə gəldikdə isə, onlar cüzidir, ideoloji təxribatlarla bağlı risklər də həmçinin", - Prezident bildirilib.

Dövlət başçısı qeyd edib ki, "bu gün bizim üçün yeganə risk Azərbaycanı hər hansı avantüralara cəlb etmək kimi müəyyən cəhdlərdir":

"Əvvəllər belə cəhdlər olub, lakin onlar daha çox siyasi xarakter daşıyırdı. Biz həmişə onları uğurla dəf edirdik və onlar demək olar ki, dayanıb. Bu gün bu (cəhdlər - red.) daha ciddi və daha təhdidedici xarakter daşıyır. Buna görə də, necə deyərlər, özümüzü müdafiə etməyə alışmışıq".

Prezident vurğulayıb ki, xarici qüvvələrin Azərbaycana təsir göstərmək cəhdləri bundan sonra da davam edəcək və ayıq-sayıq olmağın zəruriliyi barədə xəbərdarlıq edib.

"Müxtəlif münaqişələrdə dəstəkləyən bir qrup ölkələr və hücum edənlər olur. Bizim vəziyyətimizdə hər şey tamamilə fərqli idi və bütün istiqamətlərdə həm fiziki, həm də siyasi cəhətdən hücumları dəf etməli olurduq. Bu, indiyə qədər də baş verir, ona görə də sakit həyat olmayacaq. Qoy heç kim buna ümid etməsin", - o deyib.

İlham Əliyevin sözlərinə görə, bu çağırışlara qarşı durmaq üçün Azərbaycan öz təhlükəsizliyini, sərhədlərini və təhdidlərə qarşı mübarizə sistemlərini gücləndirməyi planlaşdırır.