Məktəbəhazırlıq qruplarının növbəti mərhələsi bu tarixdə başlayacaq

Məktəbəhazırlıq qruplarının növbəti mərhələsi bu tarixdə başlayacaq

13 İyul 2026

2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbul prosesinin növbəti həftə ərzində aktivləşdirilməsi nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Məlumata görə, qeydiyyatla bağlı dəqiq tarixlər, həmçinin digər məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Valideynlərdən qəbul prosesi ilə bağlı yenilikləri Agentliyin rəsmi internet resursları vasitəsi ilə izləmələri tövsiyə olunur.