Naxçıvanda I və IV qruplar üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahanın ikinci cəhdi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında imtahanlar 4 binada təşkil olunub. İmtahanlarda ümumilikdə 968 abituriyentin iştirakı nəzərdə tutulub.
İmtahan prosesinin idarə olunmasına 12 imtahan rəhbəri və 101 nəzarətçi cəlb edilib. İmtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.
Qeyd edək ki, III ixtisas qrupu üzrə keçirilən coğrafiya fənni üzrə əlavə imtahanın müddəti 1 saat təşkil edib.








