Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub
Bu ilin ilk 6 ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Uğur (849), Raul (601), Miran (523), Əli (521), Hüseyn (519), Yusif (434) Ömər (349), Murad (341), Tunar (321), Fateh (309), qız uşaqlarına isə Melisa (569), Aylin (547), Məryəm (538), İnci (514), Nilay (503), Alisa (494), Zəhra (493), Ayla (442), Zeynəb (429), Fatimə (367) adları qoyulub.
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, bu barədə Ədliyyə Nazirliyinin jurnalistlərin sualına cavabında bildirilib.
Qeyd edilib ki, cari ilin ilk 6 ayı ərzində 1213 nəfər ad, soyad və ya ata adını dəyişdirib. Onlardan 321-i kişi, 892-si isə qadın olub.
“Ən çox seçilən və ən çox dəyişdirilən adların statistikası aparılmır”, - deyə rəsmi cavabda bildirilib.
Əlavə edilib ki, Balabəyim, Durna, Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım, Samovar kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib.








