Azərbaycanlılar daha çox hansı əcnəbilərlə evlənirlər?
Cari ilin ilk 5 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 631 nikah qeydə alınıb.
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, bu barədə Ədliyyə Nazirliyinin jurnalistlərin sualına cavabında bildirilib.
Məlumata görə, həmin nikahlarda Azərbaycan Respublikası vətəndaşlarından 307-si qadın, 324-ü isə kişi olub.
“Məlumat üçün bildiririk ki, nikahlar əsasən Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Özbəkistan vətəndaşları ilə qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 5 ayında isə 858 Azərbaycan Respublikası vətəndaşı əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olub”, - deyə rəsmi məlumatda qeyd olunub.








