İlham Əliyev: Azərbaycan-ABŞ münasibtələri hazırda pik səviyyədədir
Azərbaycan-ABŞ münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı Prezident Donald Trampa həm ötən ilin avqustunda Vaşiqntondakı, həm bu ilin yanvarında Davosdakı görüşlərini və Vitse-prezident Cey Di Vensin Azərbaycana səfərini xatırladaraq iki ölkə arasındakı münasibətlərə toxunub:
"Bütün bu meyarlar nümayiş etdirir ki, Azərbaycan-ABŞ münasibtələri hazırda pik səviyyədədir. Bu cür münasibətə biz heç vaxt nail olmamışdıq. Biz strateji tərəfdaşlıq bəyannaməsinin bütün müddəalarının həyata keçirilməsinə çalışırıq."








