İlham Əliyev: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil

İlham Əliyev: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil

13 İyul 2026

Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan, bu mənada, qonşularla əlaqələrini qurub:

"Eyni zamanda, geniş şəkildə Avrasiyada beynəlxalq əməkdaşlıq qurmağı bacarmışıq. Bunu biz Şərq, Qərb və Şimal və Cənub hissələrində qurduq və prosesə rəhbərlik etdik. Enerji layihələrimizi də bu dövrdə həyata keçirdik, bir sözlə, Azərbaycan çoxtərəfli beynəlxalq əməkdaşlığı qurub".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan istər Mərkəzi Asiya, istər Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə yaxşı əlaqələrə malikdir:

"Yaxın Şərqdə yaranan vəziyyət zamanı, mübarizənin ən qızğın dövründə görərsiniz ki, hava nəqliyyatı Azərbaycan ərazisindən keçirdi. Qurudan və dənizdən daşınan yükləri də nəzərə alsaq, Azərbaycanın əhəmiyyəti daha da artır".