İlham Əliyev: Azərbaycan və Türkiyə kimi dünyada bir-birinə yaxın iki ölkə yoxdur
Azərbaycan və Türkiyə kimi dünyada bir-birinə bu qədər yaxın olan iki ölkə yoxdur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan xalqları dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxındır:
"Əməkdaşlıq səviyyəsi, siyasi-iqtisadi, enerji bağlantıları və insanlar arasında olan münasibətlərə baxın. Biz dünyada bir-birinə bu qədər yaxın olan digər iki ölkə tanımırıq. Bu qədər bir-birini dəstəkləsin, dostluq etsin. Bu, xalqlarımızın böyük zəngliyidir. Biz birgə daha güclüyük. Bu həmçinin regional sabitliyin mühüm meyarıdır".








