Naxçıvanda kənd təsərrüfatı istehsalı azalıb

Naxçıvanda kənd təsərrüfatı istehsalı azalıb

16 İyul 2026

Naxçıvanda kənd təsərrüfatı istehsalı cuzi azalıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında muxtar respublikada 151 milyon 539 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

İstehsal olunan məhsulun 46 milyon 262 min 800 manatı bitkiçilik, 105 milyon 276 min 400 manatı isə heyvandarlıq sahəsinin payına düşüb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsul istehsalı 0,4 faiz azalıb.