Naxçıvanda bank əmanətləri artıb
Naxçıvanda bank əmanətləri 40,9 faiz artıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı il iyunun 1-i vəziyyətinə muxtar respublika üzrə əhalinin banklardakı əmanətlərinin həcmi milli valyuta ekvivalentində 43 milyon 925 min 900 manat təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,9 faiz artıb.
Əmanətlərin 94,8 faizi milli, 5,2 faizi isə xarici valyutada yerləşdirilib. Hesabat dövründə milli valyutada olan əmanətlərin həcmi 42,9 faiz, xarici valyutada olan əmanətlər isə 12,8 faiz artıb.








