Naxçıvanda ÜDM istehsalı artıb
Naxçıvanda ümumi daxili məhsul istehsalı 835,5 milyon manatı ötüb
"NAXÇIVANXƏBƏRLƏRİ" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında muxtar respublikada ümumi daxili məhsulun (ÜDM) həcmi 835 milyon 460 min 500 manat təşkil edib.
Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artıb.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi də ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq 1767,5 manat olub.








