Naxçıvanda Beynəlxalq Şahmat Gününə həsr olunmuş turnir keçirilib - FOTO
Naxçıvan Şahmat Mərkəzində 20 İyul – Beynəlxalq Şahmat Gününə həsr olunmuş şahmat üzrə tempo turnir keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan yarışda müxtəlif yaş qrupları üzrə ümumilikdə 62 iştirakçı medallar uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, turnir İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Nəticələrə əsasən Hüseyn Qənbərli 6,5 xalla turnirin qalibi olub. Aktivində 6 xalı olan digər iki şahmatçıdan əmsal əsas götürülməklə Rəvan Məmmədov ikinci, Fərəməz Quliyev isə üçüncü yerə layiq görülüblər. Ələkbər Ələkbərli (14 yaş), Oğuz Qəribli (12 yaş), Uğur Qəribli (10 yaş), Tuncay Behbudlu (8 yaş) yaş kateqoriyaları, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənən iştirakçılar təltif olunublar.
Turnirin keçirilməsində məqsəd Beynəlxalq Şahmat Gününü qeyd etməklə yanaşı, şahmatçılar arasında rəqabət mühitinin formalaşdırılması və yarış təcrübəsinin artırılmasına olub.














