Naxçıvanda minifutbol yarışı keçirilir -

Naxçıvanda minifutbol yarışı keçirilir - FOTO

10 İyul 2026

Bu gün Naxçıvan Futbol Federasiyasının akt zalında Azərbaycan Minifutbol Federasiyası (AMF) və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə 2026-cı il iyul–sentyabr aylarında ilk dəfə keçiriləcək "Naxçıvan Muxtar Respublikasının I-ci Minifutbol Kuboku" uğrunda turnirin püşkatma mərasimi təşkil olunub. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, püşkatmada yarışda iştirak edəcək 20 komandanın nümayəndəsi iştirak edib. Tədbirdə turnirin əsasnaməsi, oyunların keçirilmə qaydaları və təşkilati məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Daha sonra püşkatma keçirilib, komandalar qruplara bölünüb. Püşkatma mərasimində iştirak edən komandaların nümayəndələri adından çıxış edən veteran futbolçu İlham Məmmədov Azərbaycan Minifutbol Federasiyası və Naxçıvan Futbol Federasiyasına Naxçıvanda ilk dəfə belə mötəbər turnirin təşkilinə görə təşəkkürünü bildirib. O, komandalara uğurlar arzulayıb və turnirin Naxçıvanda minifutbolun inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.