Naxçıvan şəhərində istismar müddətini başa vurmuş avtobus yanıb - FOTO
Naxçıvan şəhərində istismar müddətini başa vurmuş avtobusda yanğın hadisəsi baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, isti hava şəraiti ilə əlaqədar alovlanan avtobus uzun müddət istismarda olub və istifadədən çıxarılmış nəqliyyat vasitələrindən biri idi.
Qeyd edək ki, həmin avtobus Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2 mart 2026-cı il tarixli müvafiq sərəncamı ilə ləğv edilmiş Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin balansında olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının dəqiq səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.










