Məcid Seyidov: Naxçıvan idmançıları 2026-cı ilin ilk yarısında 278 medal qazanıblar

Məcid Seyidov: Naxçıvan idmançıları 2026-cı ilin ilk yarısında 278 medal qazanıblar

17 İyul 2026

Naxçıvan şəhərində 2026-cı ilin birinci yarısında ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmiş idmançılar və klub nümayəndələri ilə görüş keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov dövlətin idman siyasətinin muxtar respublikada uğurla həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, göstərilən dövlət qayğısının nəticəsi olaraq Naxçıvan idmançıları 2026-cı ilin ilk yarısında 122 qızıl, 83 gümüş və 73 bürünc olmaqla ümumilikdə 278 medal qazanıblar. Bu medallardan 189-u ölkə, 68-i beynəlxalq, 11-i dünya səviyyəli yarışlarda, 10-u isə Avrasiya çempionatında əldə olunub.