Məktəblilər arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib -

Məktəblilər arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib - FOTO

17 İyul 2026

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iyulun 17-də  İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!" devizi altında məktəblilər arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yarışda muxtar respublikanın şəhər və rayonlarını təmsil edən ümumilikdə 28 məktəbli iştirak edib.

Nəticələrə əsasən Sədərək rayon komandasının üzvləri Elnur Məmmədov birinci, Vedad Babayev ikinci, Nurəli Əsgərli isə üçüncü yerə sahib çıxıblar. Adıçəkilən idmançılara diplom, medal və hədiyyələr təqdim edilib.

Yarışın keçirilməsində məqsəd məktəblilər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı maarifləndirmənin gücləndirilməsi, stolüstü tennis idman növünə marağının artırılması olub.