Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 8,7% artıb

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 8,7% artıb

21 İyul 2026

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 25 lisenziya verilib. Verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata əsasən, cari ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 3258 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 77,2 min manat vəsait daxil olub.