Culfada güclü külək müşahidə olunub

Culfada güclü külək müşahidə olunub

17 İyul 2026

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 9:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Gəncədə 11, Şəmkir, Sarıbaş (Qax), Balakən, Oğuzda 4, Şəkidə 2, Zaqatala, Şahdağ, Naftalan, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dir.

İyulun 16-da bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 21, Gəncədə 20, Culfada 19 m/s-yə çatıb.