Naxçıvanda vəkillik və mediasiya mövzusunda konfrans keçirilir

Naxçıvanda vəkillik və mediasiya mövzusunda konfrans keçirilir

08 İyun 2026

Naxçıvanda Azərbaycan Vəkillər Kollegiyası və Mediasiya Şurasının təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" rolu mövzusunda regional konfrans keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Sonra Naxçıvan Muxtar Respublikasında vəkillik fəaliyyətinə dair son üç ili əhatə edən hesabat-videoçarx nümayiş etdirilib.

Konfransda rəsmi çıxışlar olacaq, müzakirələr aparılacaq.