Paşinyan: Tezliklə “Zəngəzur dəhlizi”nin ratifikasiyası başlanacaq
Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişini institusional şəkildə rəsmiləşdirməyi planlaşdırır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 8 iyun tarixində parlamentin iclasında bildirib.
“Biz bu istiqamətdə iş aparacağıq”, — deyə baş nazir vurğulayıb.
Paşinyan həmçinin qeyd edib ki, yaxın zamanda “Zəngəzur dəhlizi”nin (TRIPP) ratifikasiya prosesi başlamalıdır.








