Hakan Fidan: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir
Azərbaycan və Ermənistanın sülh prosesində nümayiş etdirdiyi iradə bölgə üçün önəmli hesab edilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında sülh prosesini Türkiyə dəstəkləyir.
Nazir əlavə edib ki, Cənubi Qafqazda sülh gücləndikcə ölkələrarası əlaqələr daha da güclənəcək.
"Bugünkü görüşümüzdə Cənubi Qafqazda sabitlik, sülh və rifahın səmimi və konstruktiv əməkdaşlıq əsasında formalaşmalı olduğu barədə ortaq anlayışımızı bir daha birlikdə təsdiqlədik. Bölgəmizin münaqişələrlə deyil, inkişaf layihələri, ortaq rifah və bağlantılılıq layihələri ilə tanınmasını arzulayırıq və bu istiqamətdə çalışırıq. Bu baxışın bu gün ən ümidverici təcəssümünü Azərbaycan ilə Ermənistan arasında gedən sülh prosesində görürük".








