Məktəblərdə dərsliklərin təhvil alınmasına başlanılıb
Azərbaycanda fəaliyyət göstərən məktəblərdə dərsliklərin yığılmasına başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, proses hazırda davam edir:
"Dərsliklər şagirdlərdən tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınır. Hazırda da dərsliklərin şagirdlərdən təhvil alınması prosesi aparılır".
Qeyd edək ki, tədris ili sentyabrın 15-də başlayır və iyunun 14-də sona çatır.








