Naxçıvanda neçə şagird məzun olur?

Naxçıvanda neçə şagird məzun olur?

09 İyun 2026

Bu il ümumilikdə 116 minə yaxın şagird XI sinfi bitirir.

Bəs Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində I, IX və XI sinfi bitirən şagirdlərin sayı nə qədərdir?

Təhsil Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə  verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərini 3747 nəfər, IX siniflərini 4588 nəfər, XI siniflərini isə 3698 şagird bitirir.

Məlumata görə, attestatların verilməsi ölkə üzrə hansı tarixdə nəzərdə tutulubsa, Naxçıvanda da eyni qaydada həyata keçiriləcək.