Naxçıvanda təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb - FOTO
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında 10 aprel 2026-cı il tarixində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yeni laborotoriyalar yaradılıb. Laborotoriyalar müasir mebel avadanlıqları, sorucu şkaflar, təcrübə stolları, kimiyəvi pereparatlar, xammal kolleksiyası, müxtəlif ölçülü kolba və sınaq şüşələri ilə təhciz olunaraq müasir tədris şəraiti yaradılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sazişə əsasən, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanasının da yaradılmasına başlanılıb. İstehsalat emalatxanasının sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur.
Saziş çərçivəsində həmçinin bp tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi də həyata keçirilir.











