Adil Vəliyev: "Kitabxana işi haqqında" qanun bugünkü tələblərə cavab vermir

Adil Vəliyev: "Kitabxana işi haqqında" qanun bugünkü tələblərə cavab vermir

10 İyun 2026

Azərbaycanda 1998-ci ildə qəbul edilmiş "Kitabxana işi haqqında" qanun bugünkü zamanın tələblərinə cavab vermir, mütləq şəkildə yenilənməlidir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, qanunun qəbul edilməsindən 28 il vaxt keçib, bu mənada, yeni mexanizm zəruridir:

"Şübhəsiz, yeni qanunvericilik hazırlamaq lazım deyil. Çünki bu, müəyyən zaman alacaq. Ona görə də mütləq şəkildə qüvvədə olan qanunvericiliyə dəyişikliklər edilməlidir. İlk növbədə, hazırda qüvvədə olan qanuna iki əsas anlayış gətirilməlidir. Bunun biri elektron kitabxana anlayışıdır. Bu bizim qüvvədə olan qanunumuzda yoxdur. Digəri isə məsafədən xidmətdir. Virtual oxucu deyilən anlayış var, o, bu gün kitabxanaya getmədən distant olaraq kitabxana materiallarından istifadə edə bilməlidir".

Mədəniyyət naziri Adil Kərimli də öz növbəsində "Kitabxana işi haqqında" qanunun təlabata tam cavab vermədiyini bildirib:

"Qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi zəruridir və bu istiqamətdə təcili işə başlamalıyıq".