Ordubaddakı Təkeşiyi məscidi bərpa olunacaq
Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindəki Təkeşiyi məscidi bərpa olunacaq.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" muxtar respublikanın Mədəniyyət Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, məscidin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq işlərə başlanılıb.
Qeyd edək ki, Təkeşiyi məscidi XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Məscid 2001-ci ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin, 2007-ci ildə isə ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısına salınıb.








