Qəzənfər Abdullayev Ərəzin kənd sakinləri ilə görüş keçirib -

Qəzənfər Abdullayev Ərəzin kənd sakinləri ilə görüş keçirib - FOTO

03 İyun 2026

İyunun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayonunun Ərəzin kəndində sakinlərlə görüş keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı deputat kəndin sosial-iqtisadi vəziyyəti ilə maraqlanıb, vətəndaşların müraciət, təklif və problemlərini dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə qeydə alınaraq onların həlli istiqamətində görülməsi vacib olan tədbirlər müzakirə olunub.

Qəzənfər Abdullayev bildirib ki, səsləndirilən müraciətlər araşdırılacaq, aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunacaq və onların həlli istiqamətində zəruri addımlar atılacaqdır.

Görüşün sonunda kənd sakinləri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.