Naxçıvanlı musiqiçilər İçərişəhərdə keçirilən festivalda çıxış ediblər - FOTO
Bakının tarixi İçərişəhər məkanında keçirilən “Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi” festivalında Naxçıvan musiqiçiləri də iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festival çərçivəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının üzvləri və “Buta Naxçıvan” ansamblının kollektivi tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. Kollektivlər tərəfindən müxtəlif musiqi nömrələri səsləndirilib, milli rəqs nümunələri təqdim olunub.
Qeyd edək ki, festival Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Qeyd-Sosial Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Festivalın əsas məqsədi Qarabağın zəngin mədəni irsinin tanıdılması, milli-mənəvi dəyərlərin təbliği, həmçinin regionun mədəni potensialının geniş ictimaiyyətə təqdim edilməsidir. Festival iştirakçıları müxtəlif bölgələrin özünəməxsus musiqi və incəsənət nümunələrini nümayiş etdirərək Azərbaycan mədəniyyətinin zənginliyini bir daha nümayiş etdiriblər.













