Naxçıvanda pərakəndə ticarət dövriyyəsi artıb

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi artıb

30 May 2026

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 492,512 milyon manat təşkil edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20 milyard 102,8 milyon manatlıq mal satılıb.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb.